Ukraynaya kütləvi raket hücumu olub

Ukraynaya kütləvi raket hücumu olub
  07 Mart 2025    Oxunub:927
Ukraynanın Energetika nazirliyi ölkənin enerji infrastrukturuna kütləvi raket hücumu barədə məlumat verib.
AzVision.az xəbər verir ki, Ukraynanın Enerfetika naziri German Qaluşenko öz “Facebook” səhifəsində bununla bağlı paylaşım edib.

“Yenə də Ukraynanın müxtəlif bölgələrində enerji və qaz infrastrukturu kütləvi hücuma məruz qalıb. Vəziyyətin dəyişməsi ehtimalı var”, - German Qaluşenko yazıb.

Martın 7-də səhər saatlarında Ukraynanın Ternopol şəhərindəki qaz anbarında raket hücumundan sonra yanğın baş verib. Şahidlər strateji əhəmiyyətli obyektin məğlubiyyətini təsdiqləyirlər.

Bundan əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi. Hava hücumu siqnallarını ilk eşidən Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərinin sakinləri olub.

Ukraynanın Ternopol və Çerniqov vilayətlərində sənaye obyektlərinə ziyan dəyib. Bu barədə regional hərbi idarələrin rəhbərləri məlumat veriblər.

Ternopol administrasiyasının rəhbəri Vyaçeslav Neqoda regionda qaz təchizatında məhdudiyyətlər ola biləcəyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   raket   hücum  





Xəbər lenti