İsrail yeni hərbi əməliyyata hazırlaşır

“ÇAXAL ölkənin siyasi rəhbərliyini məlumatlandırıb ki, Fələstin anklavında istənilən yeni hücum müxtəlif əməliyyat çətinliklərindən, xüsusilə girovların saxlandığı güman edilən ərazilərdən asılı olacaq. Son bir ay ərzində İsrail ordusunun çoxsaylı bölmələri, o cümlədən ehtiyat briqadalar, ağır hava zərbələri ilə Qəzzaya qurudan hücuma hazırlaşır”, - portal yazır.
Bir gün əvvəl İsrail ordusunun Baş Qərargahı yüksək hərbi komandanlığa 2025-ci ilin mərkəzi Qəzza zolağına və İrana yönəldilmiş müharibə ili olacağını açıqlayıb. Baş Qərargah son illərdə İsrail ordusunun nisbi qələbəyə və ya çəkindirməyə fokuslandığı üçün qələbə anlayışını mühüm dəyər kimi qiymətləndirib.
Sahil İsgəndərov
AzVision.az