Macarıstan Ukrayna ilə bağlı referendum keçirəcək

“Düşünürəm ki, biz Ukraynanın Aİ-yə üzvlüyü məsələsinə ciddi yanaşmalıyıq. Hazırda bu məsələ ilə bağlı məsuliyyətli qərar qəbul etmək mümkün deyil və bu qərarın insanların başının üstündən verilməsini istəmirəm. Ona görə də mən belə qənaətə gəldim ki, biz Ukraynanın Aİ-yə üzvlük məsələsi ilə bağlı səsverməyə başlayacağıq. Biz bunu milli məsləhətləşmələri necə aparırıqsa, elə də aparacağıq – tez və sadə”, – Macarıstan hökumətinin başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya gələcək dəstək naminə nə qədər insanın öz maraqlarını qurban verməyə hazır olduqlarını aydınlaşdırmaq lazımdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Macarıstan Ukrayna referendum