FHN-dən yanğın açıqlaması

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturasında neft-qaz fontanı baş verib. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kvadratmetr sahədə ətrafa yayılıb.
Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Teqlər: