Məmmədyarov Davudoğluna başsağlığı verdi

Məmmədyarov  Davudoğluna başsağlığı verdi
  14 May 2014    Oxunub:877
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğluna başsağlığı məktubu ünvanlayıb.

AzVision.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda deyilir:

"Cənab Nazir, əziz qardaşım, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

AzVision.az


Teqlər:  





Xəbər lenti