“İşim çox rahatdır” - FHN-nin yeni mətbuat katibi

“İşim çox rahatdır” - FHN-nin yeni mətbuat katibi
  14 May 2014    Oxunub:4343
Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov yeni işi barəsində AzVision.az saytına danışıb.
O, jurnalistlərlə işləməyin daha rahat olduğunu deyib:

“Jurnalistlər həmkarlarımdır, onlarla işləmək mənə daha rahatdır, nəinki başqa sahədən olan şəxslərlə çalışmaq. Bura dövlət qurumudur, baş verən hadisələri isə ictimaiyyətə çatdırmaq mətbuat xidməti olaraq bizim borcumuzdur”.

Qeyd edək ki, bir müddət əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Oqtay Bayramov nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

O.Bayramov İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb. Daha öncə isə uzun müddət AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Tural Müseyibov isə FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini postuna təyin edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti