Azərbaycan vaqon istehsal edəcək

Azərbaycan vaqon istehsal edəcək
  15 May 2014    Oxunub:1068
Azərbaycan vaqon istehsal edəcək.

AzVision.az xəbər verir ki, artıq bundan sonra Azərbaycan özünə lazım olan qatarları özü istehsal edəcək. Bunun üçün ölkəmizdə ilk dəfə olaraq vaqon istehsal edən zavod tikiləcək.

Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin sədri Arif Əsgərov bu zavodun harda yerləşəcəyini və nə vaxt işə düşəcəyini "Hesab vaxtı"na açıqlayıb.(anspress)

Arif Əsgərov deyib ki, Gəncədə İsveçrənin Ştadler korporasiyasi ilə birlikdə sərnişin vaqonları tikmək üçün birgə müştərək zavod tikiləcək. "Onlar tikinti üçün 16 ay vaxt istəyirlər. Artıq tikinti üçün Gəncədə yer ayrılıb. İndi axırıncı mərhələlər üzərində işləyirik, yəqin ki, qisa müddətdə tikinti başlayacaq".


Teqlər:  





Xəbər lenti