Bu mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.
"Azərbaycanın milli maraqlarının təbliğinə görə "Vətənpərvərlik" mükafatı (Patriotism Award of Promotion of National Interest) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edilib.
Sonra digər mükafatlar təqdim edilib. "İlin xarici investoru" mükafatına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "İlin korporativ bankı" mükafatına "Pasha Bank", "İlin beynəlxalq dialoqu" mükafatına Avropa Azərbaycan Cəmiyyəti, "İlin aviaşirkət rəhbəri" mükafatına "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri, "İlin ixracatçısı" mükafatına "Azərsun Holdinq", "İlin mobil internet provayderi" mükafatına "Bakcell" şirkəti, "İlin infrastruktur yeniliyi" mükafatına "AzVirt" şirkəti, "Vətəndaş cəmiyyəti sahəsindəki nailiyyət" mükafatına "Kaspi" təhsil mərkəzi, "İlin investoru" mükafatına "Bakı Gəmiqayırma Zavodu" MMC, "İlin sənaye şirkəti" mükafatına "Norm Sement" şirkəti layiq görülüb.
Qeyd edək ki, jurnalın bu nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb (trend).