`ASAN xidmət`in funksiyalarını genişləndirməyi nəzərdə tuturuq` - PREZİDENT

Bu sözləri Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində deyib. Dövlət başçısı əlavə edib ki, "ASAN xidmət"in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
`Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə "ASAN xidmət"in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq`,- deyə dövlət başçısı əlavə edib.
AzVision.az