İlham Əliyev həmkarlarını təbrik etdi

İlham Əliyev həmkarlarını təbrik etdi
  15 May 2014    Oxunub:1008
Azərbaycan Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Panama Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Panama arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Panama xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycanın dövlət başçısı, həmçinin Kosta-Rika Respublikasının Prezidenti Luis Gilyermo Solis Riveraya təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, dost Kosta-Rika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".


Teqlər:  





Xəbər lenti