Azərbaycanın tanınmış diaspor rəhbəri güllələndi

Azərbaycanın tanınmış diaspor rəhbəri güllələndi
  15 May 2014    Oxunub:983
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevə güllələnib.

AzVision.az xəbər verir ki, R. Tağıyevin yaxınlarının verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb.

Hadisə bu gün Ukrayna vaxtı ilə axşam saat 17 00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər.

Yaxınları R. Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.(apa)



Teqlər:





Xəbər lenti