Güllələnən diaspor rəhbərindən son XƏBƏR

Güllələnən diaspor rəhbərindən son XƏBƏR
  15 May 2014    Oxunub:888
Ötən gün güllənən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevın səhhəti artıq normallaşıb.
Bu barədə AzVision.az-a Dnepropetrovski vilayəti Azərbaycan diasporasının sədri Qüdrət Hacıyev məlumat verib.

Bildirib ki, cərrahiyyə əməliyyatı uğurla başa çatıb: “Təhlükə artıq sovuşub, Rövşən Tağıyevin həyatı üçün elə bir təhlükə yoxdur. Cərrahiyə əməliyyatı uğurla başa çatdı”,-deyə Q.Hacıyev qeyd edib.

Qeyd edək ki, ötən gün Ukrayna vaxtı ilə axşam saat 17:00 radələrində Kiyevin mərkəzi Padol rayonunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyeva qarşı sui-qəsd edilib. R. Tağıyev çiynindən güllə yarası alıb.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti