TQDK vaxtı açıqladı

Əvvəlki illərin məzunları üçün I və III qruplar üzrə Apelyasiya Komissiyası mayın 19-da fəaliyyət göstərəcək ki, həmin tarixdə yalnız qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərə baxılacaq. Əvvəlki illərin məzunlarının digər müraciətləri isə mayın 27-dən 30-dək (mayın 28-i istisna olmaqla) Apelyasiya Komissiyası tərəfindən araşdırılacaq.
Cari ilin məzunları üçün test tapşırıqlarının məzmunu ilə əlaqədar I və IV qruplar üzrə Apelyasiya Komissiyası iyulun 14-də, II və III qruplar üzrə iyulun 21-də fəaliyyət göstərəcək.
Cari ilin məzunları üçün digər müraciətlərə iyulun 30-dan avqustun 1-dək baxılacaq. Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 18-də olacaq. Əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı artıq mayın 11-də keçirilib.
Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.(Trend)