Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından YENİLİK

Bu E-bülletenlərdən birincisi artıq Komissiyanın saytında yerləşdirilib. Bülletenlə BURADAN tanış olmaq olar.
E-bülletendə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş ümumi tədbirlər, o cümlədən, son dövrlərdə atılan önəmli addımlar barədə məlumatlar rəsmi sənədlər üçün yenilik olan tezis formasında ictimaiyyətə təqdim edilir. Bununla da bülletenlə tanışlıq daha rahat olub və görülən işlər barədə hesabat xeyli asan şəkildə anlaşılır.
Komissiyanın internet səhifəsindən E-bülletenin ingilis dilində olan versiyası da əldə edilə bilər.
Bundan sonra rüblük E-bülletenlər mütəmadi olaraq ictimaiyyət üçün açıqlanacaq.
AzVision.az