Metro niyə yandı? - Rəsmi Açıqlama

Metro niyə yandı? - Rəsmi Açıqlama
  16 May 2014    Oxunub:1075
Bakı metrosunda baş verən tüstülənmə vaqonun mühərrikinin kabelində baş verən boşluqdan yaranıb.
Bu barədə AzVision.az-a Bakı Metropolitenindən bildirilib.

Qeyd edilib ki, tüstlənmiş qatar depoya göndərildikdən sonra mütəxəssislər tərəfindən yoxlama aparılıb. Məlum olub ki, vaqonlardan birinin mühərrikindən çıxan kabeldə boşluq yaranıb. Bu zaman kabel qızıb və əriməyə başlayıb. Tüstülənmə də bu səbəbdən baş verib.

Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında 38 saylı marsrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib. Hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub. Lakin artıq saat 08:39-dan etibarən qatarların hərəkəti bərpa edilib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti