“10 il əvvəl belə işlər görülmürdü” – Komitə sədri

“Təəccüblüdür ki, 10 il bundan qabaq belə işlər görülmürdü. 114 milyon manat satınalmalar üzrə vəsaitə qənaət edilib. Bu da onu göstərir ki, şəffaflıq istiqamətində xeyli işlər görülüb. Əgər dövlət büdcəsində 1 faiz əsaslı xərclərə qənaət etsək, bu, artıq 70 milyon manat deməkdir”.
Z.Səmədzadə dövlət borclarının həcminin artması ilə bağlı iradlara da cavab verdi: “Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun”.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. O, dövlət büdcəsi xərcləri barədə millət vəkillərinə məlumat verib.
V.Gülməmmədovun çıxışından sonra maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsindən danışıb.
Sevinc İltifatqızı