Deputat Təhsil Nazirliyinə irad tutdu

“Amma mən Mikayıl Cabbarovun müsahibəsini oxudum. Orada göstərilir ki, indiyə qədər cəmi iki min gənc tələbə göndərilib. Amma proqramda nəzərdə tutulub ki, 5000 gənc göndərilsin. Vaxta da çox az qalıb. Lakin Mikayıl Cabbarovdan sonra 2012-2013-cü ildə 700-dən çox tələbə xaricə oxumağa göndərildi. Deməli say 2 dəfə artdı”.
Millət vəkili həmçinin ixtisas seçiminə qoyulan məhdudiyyətlərdən də danışıb. Onun sözlərinə görə, humanitar ixtisaslara qoyulan qadağa götürülməlidir:
“Bizim yaxşı təhsil almış hüquqşünaslara ehtiyaclarımız var. beynəlxaq məhkəmələrdə çıxış edən, bizim hüquqlarımızı qoruyan hüquqşunaslar lazımdır”.
Q.Həsənquliyev həmçinin sosial ipotekalardan da danışıb. Bildirib ki, ipoteka üçün ayrılan 40 milyon manat xərclənib.
“Lakin, yaxınlarda Statistika Komitəsi ayda adambaşına gəliri 300 manatdan artıq olan ailələri varlı ailə adlandırdı. Amma indi Azərbaycanda 300 manat alan vətəndaşa ipoteka krediti verilmir. 300 manat alan varlı ipoteka ilə ev ala bilmirsə, digər o biriləri nə etsin? Bunu da nəzərə almaq lazımdır”.