Novruz Məmmədov Morninqstarın cavabını verdi

N.Məmmədov səfirin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı söylədiyi fikirləri də şərh edib: "Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Bunu dünya mediası da dəfələrlə bəyan edib. "Molotov kokteyli"nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verir. Bu qəbul edilməzdir".
PA-nın şöbə müdiri ABŞ-ın Azərbayacanın daxili işlərinə qarışmamağa və Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxından kömək etməyə çağırıb: "İndiyədək ABŞ Dağlıq Qarabağ münaqişənin həllinə heç bir kömək göstərə bilməyib. Amma Qarabağda separatçılara indiyədək 2 milyardlıq yardım edib. Biz bunu bilirik".
Səfirin korrupsiya ilə bağlı ittihamlarına da toxunan N.Məmmədov deyib: "Heç bir dövlət ideal deyil. Eləcə də ABŞ. Azərbaycanda korrupsiyanın əsasını Rəsul Quliyev qoyub. Ancaq bu gün Rəsul Quliyev ABŞ-da yaşayır və himayə olunur".
Teqlər: