Deputatlar Türkiyə üçün pul yığdılar - SİYAHI

Deputatlar Türkiyə üçün pul yığdılar - SİYAHI
  17 May 2014    Oxunub:1083
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş verən mədən faciə ilə bağlı yardım kampaniyasına başlayıb.

Cəmiyyətdən AzVision.az-a verilən məlumata görə, kampaniyaya Milli Məclisin deputatları da qoşulub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN,, Qənirə Paşayeva 500 AZN pul köçürüb.

Eyni zamanda Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov 50 AZN pul köçürüb.

Qeyd edək ki, Azərbaycan Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün “Mərhəmətinizi əsirgəməyin!” adlı yardım kampaniyasına başlayıb.

Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Anar RÜSTƏMOV
AzVision.az



Teqlər:  





Xəbər lenti