Binəqədidə aksiya keçirildi

Binəqədidə aksiya keçirildi
  18 May 2014    Oxunub:1095
Binəqədi sakinləri: "Dediklərinə əməl etməsələr, daha böyük etiraz aksiyası keçirəcəyik"

Binəqədi rayonunda keçirilən etiraz aksiyasında nümayişçiləri sakitləşdirmək üçün əraziyə aidiyyatı qurumların nümayəndələri gəlib.

AzVision.az xəbər verir ki, etirazçılarla görüşdə İlqar Süleymanov, Binəqədi rayon su idarəsinin sədri Əhliman Mansurov və “Azərsu” ASC-nin nümayəndəsi Səid Hüseynov iştirak edib. Qurum nümayəndələri sakinlərə bu gündən problemin həll olunacağını deyib. Onların sözlərinə görə, “Döngə 3” küçəsinə səhərə qədər fasiləsiz su veriləcək. Lakin sabahdan sonra su adi qaydada veriləcək. Əgər suyun verilişində yenidən problem yaranarsa, o zaman ərazidəki su nasoslar dəyişdirilərək daha böyükləri quraşdırılacaq.

Sakinlər isə bildiriblər ki, əgər aidiyyatı qurumların nümayəndələri dediklərinə əməl etməsələr, etiraz aksiyalarını davam etdirəcəyik.

Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunyn "Döngə 3" küçəsinin sakinləri etiraz aksiyası keçirib. Aksiyaya səbəb sakinlərə içməli suyun verilməməsidir. "Döngə 3" küçəsinin sakinləri sözlərinə görə, 2 aydan çoxdur ki, içməli su verilmir (ANS-Press).


Teqlər:  





Xəbər lenti