Səfir tovuzlulara kompüter bağışladı

Səfir tovuzlulara kompüter bağışladı
  19 May 2014    Oxunub:1590
Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz səfər edən Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və SECURO şirkətinin rəhbəri cənab Kim Choon-ho rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayevanın iştirakı ilə rayonunun fəal gəncləri ilə görüşüb
Tovuza millət vəkili Qənirə Paşayevanın dəvəti ilə ilk dəfə səfər etdiyini deyən səfir rayonla geniş tanış olmaqdan məmun olduğunu deyib və onu çox əhəmiyyətli adlandırıb. Çıxışında rayon haqqında geniş məlumat verən və səfiri, SECURO şirkətinin rəhbəri və nümayəndə heyətini salamlamaqdan məmuniyyət duyduğunu deyən icra hakimiyyəti başçısı Tofiq Zeynalov bu səfərdən sonra Koreya ilə Tovuz rayonu, səfirlik arasında əməkdaşlığın genişlənəcəyinə,ortaq layihələrin həyata keçiriləcəyinə inandığını deyib.

Görüşün sonunda hərbi məktəblərə sınaq imtahanlarında uğurlu nəticələr göstərmiş 30 gəncə Koreyanın ölkəmizdəki səfiri və SECURO şirkətinin rəhbəri tərəfindən kompüter hədiyyə edilib və onlara uğurlar diləyiblər. Hədiyyəyə görə Koreyalı səfirə gənclərin adından təşəkkürünü bildirən icra hakimiyyəti başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva ölkəmizə və ordumuza savadlı hərbçilərin gərəkli olduğunu, ona görə də bunun hərbi məktəblərə daxil olmağa çalışan gənclər üçün çox dəyərli hədiyyə olduğunu deyib. Eyni zamanda rayonun ən yaxşı hərbi müəllimlərindən birinə də kompüter hədiyyə edilib.


Teqlər:





Xəbər lenti