TQDK-da şikayət komissiyasi yaradıldı

TQDK-da şikayət komissiyasi yaradıldı
  19 May 2014    Oxunub:1112
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərə müraciət edib.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunmuş sualların məzmunu ilə bağlı appelyasiya komissiyası yaradılıb.

Appelyasiya komissiyasına müraciət etmək istəyənlər may ayının 19-da saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti