İmtahan nəticələri yaxın günlərdə AÇIQLANACAQ

Bildiriblər ki, imtahanlar respublikanın 11 şəhərində ümumilikdə 34 imtahan mərkəzində təşkil olunub. İmtahan prosesi bütün mərkəzlərdə təlimata uyğun aparılıb, iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Yaxın günlərdə nəticələrin elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəmizdə veriləcək.
Sevinc İltifatqızı