Jurnalistin müalicəsini dövlət üzərinə götürdü

Deputat bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev artıq bu barədə göstəriş verib və Nizami Eyvazovun bütün müalicə və əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz şəkildə dövlət hesabına gerçəkləşəcək.
“Bir az əvvəl Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovla danışdım və o bildirdi ki, bu dəqiqələrdə Nizami qardaşımız Neftçilər Xəstəxanasına köçürüləcək və cənab nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək. İnşallah Nizami qardaşımız qısa zamanda öz sağlamlığına qovuşar. Dualarımızı əksik etməyək”.
AzVision.az