Azərbaycan Serbiyaya yardım göndərdi

Azərbaycan Serbiyaya yardım göndərdi
  19 May 2014    Oxunub:1580
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınlarının baş verdiyi Serbiyaya yardım göndərib.
AzVision.az xəbər verir ki, bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Serbiyaya humanitar yardım dolu təyyarə yola salınıb.

FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yola salınır.

Humanitar yardım dolu təyyarə bu gün axşam saatlarında Belqrada çatacaq və FHN-in, eləcə də Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.




Teqlər:





Xəbər lenti