Nazirlikdən xəbərdarlıq: hava pisləşəcək

Nazirlikdən xəbərdarlıq: hava pisləşəcək
  19 May 2014    Oxunub:1594
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək.

Nazirlikdən bildirilib ki, hava şəraitinin mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti