Yaralıların adları məlum oldu

Yaralıların adları məlum oldu
  19 May 2014    Oxunub:1222
Bu gün Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi yolunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi bəlli olub.

Yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi “Toyota-Prado” markalı minik maşını ilə Ukrayna dövlət qeydiyyatlı, AM 0895 BK dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Nəticədə “Toyota-Prado”nun sürücüsünün azyaşlı qızı - 2010-cu il təvəllüdlü Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində Ukrayna vətəndaşları – 1989-cu il təvəllüdlü Pinçuk Aleksandr, 1994-cü il təvəllüdlü İqor Paseyka, 1968-ci il təvəllüdlü Danyuk Genazi, 1988-ci il təvəllüdlü Svetlana Anatoliyevna Drazyuk, 1988-ci il təvəllüdlü Victoriya Sergeyevna Stepanyuk, 1954-cü il təvəllüdlü Stepanyuk Sergey Lukaşoviç, 1983-cü il təvəllüdlü Aleksandra Rossoxin Nikaloyeviç və Bakı şəhər sakinləri - 1977-ci il təvəllüdlü Məmmədova Gülnarə Vəli qızı, 1959-cu il təvəllüdlü Kazımov Sahib Zöhrab oğlu, 1985-cı il təvəllüdlü Kərimova Lalə Sahib qızı və 1968-ci il təvəllüdlü Kazımova Məlahət Fərhad qızı xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda mikroavtobus avtomobillə toqquşub.(apa)



Teqlər:  





Xəbər lenti