AŞPA sədri Azərbaycana gəlir

Səfərdən məqsəd mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir.
AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.
O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşəcək.
Xanım Brassör mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.
Teqlər: