Bədbəxt hadisə: azyaşlı quyuya düşüb öldü

Bədbəxt hadisə: azyaşlı quyuya düşüb öldü
  20 May 2014    Oxunub:829
Fövqəladə Hallar Nazirliyi 3 yaşlı uşağın quyuya düşərək ölməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Bum qəsəbəsində 1 nəfər quyuya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb.

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G.Şəfiyevanın cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:52-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti