Yaqland ASAN-ın rəhbəri İnam Kərimovla görüş keçirib. Kərimov qonağa Xidmətin işi haqda məlumat verib və bilirib ki, dünyanın çox ölkələri ASAN-a maraq göstərirlər. O, həmçinin bildirib ki, ASAN Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biridir.
Yaqland layihədən razılığın bildirərək qeyd edib ki, ASAN vətəndaşların dövlət xidmətlərindən istifadə etmə rahatlığını artırıb.
Daha sonra Yaqland jurnalistlərin suallarını cavablandırıb:
- Bu model Avropada da yaradıla bilərmi?
- Təbii ki, bu, unikal bir modeldir. Mən bunun kimi bir şey görməmişəm. Heyranlığımı gizlədə bilmirəm. Düşünürəm ki, bütün Avropa ölkələri Azərbaycanın bu təcrübəsindən bəhrələnə bilərlər. Deməliyəm ki, Avropa Şurasına üzv ölkələrin əksəriyyətində insanlar dövlət xidmətindən narazıdırlar, və narazılıqlar getdikcə daha da artır. Bu baxımdan ASAN - dövlət xidmətinin göstərilməsi sahəsində ən yaxşı layihədir.
- Bu sistemin korrupsiya ilə mübarizədə əhəmiyyəti barədə fikriniz nədir?
- Bu sistemin tətbiq olunması ilə rüşvətxorluğun qarşısı alınır. Rüşvət vermək və ya almaq qeyri-mümkün hala gəlir. Həmçinin şəffaflığın təmin olunması baxımından da çox təqdirəlayiq bir sistemdir.
Fatimə Kərimli
Nuran Məmədov