“Ağıllarına gələni yazırlar” – Şeyxin qudası hiddətləndi

“Ağıllarına gələni yazırlar” – Şeyxin qudası hiddətləndi
  21 May 2014    Oxunub:1158
Son vaxtlar yerli mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bağlı dərc olunan bəzi xəbərlər Şeyxin qudası, deputat Qalib Salahzadəni hiddətləndirib.
Millət vəkili AzVision.az-a açıqlamasında mətbuatı qınayaraq Şeyxin səhhətinin pisləşməsi, eləcədə onun QMİ sədrliyindən getməsi haqda xəbərlərin yalan olduğunu bir daha diqqətə çatdırıb.

“Kimlərsə ağlına gələni yazır, belə məlumatlar yayırlar. Nə etmək olar? Şeyxin xəstə olmağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun heç bir xəstəliyi yoxdur. Şeyxin yoldaşı xəstədir, özü şükür Allaha sağlamdır, heç bir problemi də yoxdur. Belə xəbərlər yaymaq nəyə lazımdir axı?”-deyərək Q.Salahzadə vurğulayıb.

Hacı deputat daha sonra bildirib ki, digər həmkarları kimi o da, Somaya yardım kampaniyasına qoşulacaq.

“Biz bu kampaniyaya mütləq qoşulmalıyıq. Əlimizdən gələn köməyi etməliyik. Türkiyənin kədəri Azərbaycanın kədəridir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti