“Bu, erməni təxribatıdır” – Azərbaycandan rəsmi AÇIQLAMA

“Bu, erməni təxribatıdır” – Azərbaycandan rəsmi AÇIQLAMA
  21 May 2014    Oxunub:1300
Bu ilin yanvarın 28-də Tovuzun Əlibəyli kəndində saxlanılan Ermənistan vətəndaşı Mamuko Xocayan Ermənistana geri qaytarılandan sonra ölüb.

Erməni təxribatçıları bildiriblər ki, Mamikon guya Azərbaycanda zəhərlənib. Iddialara görə, Mamikonun cəsədi ekspertizaya verildikdən sonra onun qanında həyat üçün təhlükəli maddə, bədənində isə işgəncə izləri-əzik və sınıqlar aşkarlanıb.

AzVision.az məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovla əlaqə saxlayıb.

Ş.Sayılov bu xəbəri tamamilə cəfəngiyyat adlandırıb və bildirib ki, bu Ermənistanın növbəti təxribatıdır:

Eyni zamanda Komissiyanın katibi bu kimi xəbərlərə yer verən Azərbaycan mətbuatını tənqid edib:

“Bu xəbərlərə niyə mətbuatda yer verirlər? Səhərdən bu adamdan yazırlar. Nəyə lazımdır bu reklam. Ermənilər bizim əsirlərə o qədər işgəncə veriblər, amma birini yazmırlar”,-deyə Şahin Sayılov qeyd edib.

Qeyd edək ki, Ermənistanın ombudsmanı, Əsir və Girovlarla bağlı Dövlət Komissiyasının üzvü Larisa Alaverdiyan məsələ ilə bağlı Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinə veriləcəyini bildirib.

Sevinc Iltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti