Yağış yağacaq

Yağış yağacaq
  21 May 2014    Oxunub:1130
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Mayın 21-dən 22-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, mayın 22-də gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Rayonlarda şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti