Azərbaycanlı milyoner Somaya pul göndərdi - SİYAHI

Azərbaycanlı milyoner Somaya pul göndərdi - SİYAHI
  21 May 2014    Oxunub:1624
Məşhur işadamı “Xəzər adaları” layihəsinin müəllifi, "Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli də Somada baş veərn faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı aksiyasına qoşulub.

AzVision.az-ın məlumatına görə, iş adamı yardım fonduna 5000 ABŞ dollar (3922 AZN) məbləğinda vəsait köçürüb.

Eyni zamanda Milli Məclisin daha üç deputatı da Somaya yardım ayırıb. Millət vəkili Cavanşir Feyziyev 1000 AZN, Çingiz Qənizadə 100 AZN, Musa Qasımlı 150 manat pul verib.

Qeyd edək ki, hazırkı məlumata görə, 15043 AZN (19166 ABŞ dolları) pul yığılıb.

Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:  





Xəbər lenti