“Mən də kampaniyaya qoşulacağam” - DEPUTAT

AzVision.az xəbər verir ki, yardım kampaniyasına millət vəkilləri, iş adamları, ictimaiyyət nümayəndələri qoşulub. Hazırkı məlumata görə, 15043 AZN (19166 ABŞ dolları) pul yığılıb.
YAP-çı deputat Aydın Mirzəzadə də kampaniyaya qoşulacağını bildirib. Hazırda Bakıda olmadığını qeyd edən millət vəkili bu barədə öz facebook səhifəsində bildirib: `Mətbuatdan Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş vermiş mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı kampaniya barədə məlumat oxudum.
Kampaniyada dəyərli deputat həmkarlarımın iştirakı barədə də oxudum.
Bakıya qayıdan kimi mən də kampanıyada iştirak edəcəyəm`..
Məlumat üçün bildirək ki, kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.