Bakıdan Moskvaya uçuşların sayı artacaq

Bakıdan Moskvaya uçuşların sayı artacaq
  21 May 2014    Oxunub:1072
Mayın 20-dən etibarən “Azərbaycan Hava Yolları” QSC yeni uçuşlarını yerinə yetirilməsinə başlayır.
AzVision.az xəbər verir ki, həmin tarixdən etibarən həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni-Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-na-Donu (çərşənbə axşamı və cümə günləri) reysləri həyata keçiriləcək.

Bakı-Minsk-Bakı istiqamətindəki müntəzəm uçuşlar, həftədə 2 dəfə tezliklə (çərşənbə və bazar günləri) bərpa olunur.

Həmçinin, 20 may 2014-cü il tarixindən başlayaraq, Bakı-Moskva-Bakı istiqamətində gündəlik uçuşları sayı 4-ə çatdırılacaq.

Bakıdan Moskvaya uçuş saat 06.40, 10.40, 15.15 və 20.00-da, Moskvadan Bakıya uçuş saat 09.50, 14.40, 19.00 və 23.35-də olacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti