Şəhər müəllimlərinin sayı AÇIQLANDI

Şəhər müəllimlərinin sayı AÇIQLANDI
  21 May 2014    Oxunub:1157
Bakı məktəblərində ibtidai sinif müəllimlərinin sayı digər fənlərlə müqayisədə daha çoxdur.
Bu barədə AzVision.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda Bakı məktəblərində 6452 ibtidai sinif müəllimi var.

İbtidai sinif müəllimlərindən sonra ikinci yeri ingilis dili müəllimləri tutur. Hazırda 4011 ingilis dili müəllimi var. Bakıda həmçinin 3882 Azərbaycan dili və ədəbiyyat, 3247 riyaziyyat, 1401 fiziki tərbiyə, 1239 biologiya, 1163 coğrafiya, 1159 əmək hazırlığı, 1140 fizika, 905 kimya, 885 rus dili, 740 informatika, 676 rus dili və ədəbiyyat, 495 musiqi, 456 təsviri incəsənət və rəsmxət, 265 gənclərin çağırışa qədər hərbi hazırlıq, 59 fransız və 53 alman dili müəllimi var.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti