Elçin Şıxlı: “Çıxıb üzr istəyə bilərəm”

Elçin Şıxlı: “Çıxıb üzr istəyə bilərəm”
  22 May 2014    Oxunub:1204
“Əflatun Amaşov ölkəyə gələn kimi mənə zəng vurdu və dedi ki, Elçin salam necəsən, mən gəlmişəm”.
Bunu AzVision.az-a “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib.

Telefon danışığı zamanı başqa heç bir məsələni müzakirə etmədiyin deyən E.Şıxlı tezliklə Əflatun Amaşovla görüşəcəklərini qeyd edib.
Mətbuat Şurasından çıxmaqla bağlı qərara gəlincə, E.Şıxlı fikrindən dönməyəcəyini deyib.

“İndi görüşüb söhbət edəndən sonra görüm nə danışacaq, nə söhbət eləyəcək. Mən fikrimi dəyişən adamlardan deyiləm. Yəni, belə bir vəziyyətdə kökündən dəyişiklik, çevriliş olmasa mən fikrimi dəyişən adam deyiləm. Onu da indidən sizə deyim ki, fikrimi dəyişmək üçün əsas olarsa, çıxıb kimdənsə üzr də istəyə bilərəm. Məsələ ondan ibarətdir ki, Əflatun Amaşovla 20 illik tanışlığım və dostluğum var”.

Qeyd edək ki, E.Şıxlı Əflatun Amaşovun rəhbəri olduğu mediya qurumları ilə maraqlanmadığını əsas gətirən E.Şıxlı Mətbuat Şurasından çıxdığını bildirmişdi.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti