Nizami Cəfərova nə sualın var? - SAYTIN QONAĞI

Saytımızın növbəti qonağı millət vəkili, Azərbaycan Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, akademik Nizami Cəfərovdur.
Ona suallarınızı aşağıdakı şərh bölümünə yaza bilərsiniz.
Nizami Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub.
2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.
Milli Məclisinin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
25 kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir.
Evlidir, 2 övladı var.