Azərbaycanlı professor Somaya mahnı yazdı

AzVision.az xəbər verir ki, Somaya mahnı bəstələyən azərbaycanlı 7 ildən çoxdur ki, Tükiyənin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında müəllimlik edən professor İlqar Cəmiloğludur.
Faciədən kədərlənən İ.Cəmiloğlu bildirib ki, Somada baş verən faciədən təsirlənərək 3 müxtəlif mahnı bəstələyib.
Mahnılar “Soma ağlayır1”, “Soma ağlayır 2”, “Soma ağlayır3” adlanır. Onun bu addımı Türkiyədə rəğbətlə qarşılanıb.
“Somadan şəhid olanların hər birinə, Azərbaycandakı azadlıq mübarizəsində həyatını itirən qardaşlarım kimi kədərləndim. Allah heç bir xalqa bu cür ağrılar nəsib etməsin”-deyə professor qeyd edib.
Mirvari Nəcəf
Teqlər: