Duman 4 gün davam edəcək

   Duman 4 gün davam edəcək
  10 Mart 2025    Oxunub:862
Azərbaycanda martın 10-da saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti